7-ci dəfə ölkəsinin ən yaxşısı elan olundu
- 22 Dek 2020 16:30
- 566
Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Bavariya”nın müdafiəçisi David Alaba ilin ən yaxşısı elan olunub.
Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Alaba karyerası ərzində 7-ci dəfə Avstriyanın ən yaxşı futbolçusu elan olunur. O, 2011-2016-cı illər aralığında da ardıcıl olaraq ilin ən yaxşısı seçilmişdi. 28 yaşlı oyunçu bu baxımdan ölkəsinin rekordçusudur.