8-ci turun ən yaxşısı Hacıyevdi
- 23 Okt 2019 16:00
- 915
Azərbaycan Premyer Liqasında 8-ci turun ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən sözügedən turun ən yaxşısı 318 göstərici ilə “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevdi.
Rəhman “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, sözügedən matçda Hacıyevin komandası 3:0 hesablı qələbəyə sevinib.