“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov komandanın “Sabah”la oyununu sərt şəkildə tənqid edib.

Rekord.az xəbər verir ki, “İdman” TV-də yayımlanan “Mərkəzi xətt” verilişində qonaq olan Əhmədov “ağ qaralıar”ın baş məşqçisi Samir Abasovun fikirlərinə də münasibət bildirib.

Əhmədov Abasov haqda da təniqi fikirlər səsləndirib: “Gəlin görək, “Neftçi” “Sumqayıt”a 0:2 uduzanda və “Qəbələ” ilə 2:2 oynayanda bu cür ajiotaj niyə yox idi? Bilirsiniz niyə? Çünki həmin oyunlarda komandalar 11-11-ə oynamışdı. Bu dəfə isə rəqib  matçı 8 nəfərlə bitirdi. 8 nəfərlə qalan rəqibə qol vura bilməyən komanda günahı kimdə axdtarmalıdır, əlbəttə hakimdı. Fikir verdim, “Sabah” 9 nəfərlə qalanda belə, “Neftçi” arxada 4 müdafiəçi saxlamışdı. Nəyə lazım idi 4 müdafiəçi? Rəqib onsuz da iki nəfər azlıqda mübarizə aparır, sənə isə qol lazımdır. Həmin müdafiəçilərdən birini çıxart, yerinə hücumçu sal. “Sabah” 8 nəfərlə qala-qala iki dəfə təkbətək çıxdı. Samir Abasov deyir ki, “Sabah” niyə başqa oyunlarda da belə oynamır. Bu ifadə nəyə lazımdır? “Neftçi”də bu gün stabillik çatmır. İlk növbədə bunun həllini tapmaq lazımdır. Son illərdə “Neftçi”yə gələn məşqçilər nədənsə hər dəfə xal itirəndə rəqib komandalarla davaya çıxırdı. Bordin də elə idi, indi də Samir Abasov. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov da yaxşı deyib ki, Samir Abasov bizim futbolçularımız haqda danışdığı vaxtı öz komandasına yönəltsə yaxşıdır”.