![photo](https://www.rekord.az/storage/news/2025_02_11/67aae97205fc399_1739260736.jpg)
80-ci qələbə
- 14:15
- 44
Misli Premyer Liqasının XXII turunun “Turan Tovuz”la ev oyunundakı 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.
Rekord.az xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb.
Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.
“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.
Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.