İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb.

Rekord.az xəbər verir ki, qərara əsasən, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.

Bu daha əvvəl iyunun 13-də bərpa olunacağı gözlənilən A Seriyasının yenidən təxirə salınacağından xəbər verir. 

Qeyd edək ki, İtaliyada yerli liqalar martın 9-da keçirilən 26-cı turun son oyunlarının ardından koronavirusa görə dayandırılıb. Komandalara mayın 4-dən etibarən fərdi qaydada, ayın 18-dən isə kollektiv məşq etməyə icazə verilib.