Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyasının bərpa vaxtı ilə bağlı yeni tarix açıqlanıb.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, çempionatın bərpa olunması üçün ən gec tarix 14 iyun müəyyənləşdirilib. Liqa iyunun 14-nə qədər bərpa olunmasa, mövsüm ləğv ediləcək.

Klublara çempionata hazırlaşmaq üçün 3-4 həftə vaxt lazım olduğuna görə ən gec mayın 18-də komanda məşqlərinə start verilməlidir. İtaliya hökuməti özünütəcrid qaydalarını qorumaq şərti ilə, mayın 4-dən idmançılara fərdi məşqlərə başlamağa icazə verir.