A Seriyası klublarından yekdil qərar
- 07 Apr 2020 12:20
- 790
İtaliya A Seriyası klubları futbolçuların və məşqçilərin maaşlarının azaldılmasına yekdilliklə səs veriblər.
Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Bununla bağlı elita klublarının videokonfransında qərar qəbul olunub. Klublar koronavirus pandemiyasına görə yaranan böhran səbəbindən futbolçuların və məşqçilərin maaşların azaldılmasına razılıq veriblər.
Çempionat davam etdiriləcəyi halda, onların məvacibi 17 faiz (1/6 hissəsi) azaldılacaq. Mövsüm ləğv olunacağı təqdirdə isə məşqçilər və oyunçular maaşlarının 33 faizindən (1/3 hissəsindən) imtina edəcəklər.