A Seriyası klubunda yeni müqavilə
- 12 Mar 2021 12:21
- 569
İtaliyanın “Sampdoriya” klubu yarımmüdafiəçisi Valerio Verre ilə müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Verre 2017-ci ildən “Sampdoriya”nın uğurları üçün çalışır. İtalyan futbolçu karyerası ərzində “Syena”, “Palermo”, “Peruca”, “Peskara” və “Verona”da da forma geyinib.