Futbol üzrə Braziliya A Seriyasının “Qremio” – “Palmeyras” oyunu qalmaqalla bitib.

Rekord.az xəbər verir ki, oyundan sonra hakimlikdən narazı qalan “Qremio” fanatları iğtişaşlar törədiblər.

Onların əsas hədəflərindən biri isə VAR (video köməkçi hakim) sistemi olub. Azarkeşlər stadionun digər ləvazimatları ilə yanaşı, VAR aparatını da sıradan çıxarıblar. Olaylara polis tərəfindən müdaxilə olunub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

“Qremio” – “Palmeyras” oyunu qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşma zamanı “Qremio”nun bir qolu VAR-ın müdaxiləsi ilə ləğv edilib. Əvəzində “Palmeyras” məhz VAR hakimlərinin müdaxiləsindən sonra penalti qazanıb və bundan maksimum yararlanıb.