Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İtaliya A Seriyasında reqlament dəyişikliyi ola bilər.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yarışı davam etdirmək mümkün olmasa, çempion pley-off sistemi ilə müəyyənləşdiriləcək.

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.