İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verildiyi diqqətə çatdırılıb. Lakin komandalar oyunun sürətini azaltmamaq məqsədilə bu əvəzetmələri 3 dəfəyə həyata keçirməlidilər.

Qeyd edək ki, İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.