Futbol üzrə İtaliya A Seriyasının 37-ci turu çərçivəsində səfərdə “Parma” ilə qarşılaşan “Atalanta” rəqibini 2:1 hesabıyla məğlub edib.

Rekord.az xəbər verir ki, bununla da Berqamo təmsilçisi cari mövsümdə vurduğu qolların sayını 98-ə çatdırıb.

A Seriyasında bir mövsüm ərzində bu qədər qolu sonuncu dəfə “Yuventus” rəqib qapılarından keçirmişdi. Turin təmsilçisi bunu 1951/52 mövsümündə 38 oyuna bacarmışdı. “Atalanta” isə qarşıdakı son turda bu göstəricisini daha da yaxşılaşdırmaq şansına da malikdi.

A Seriyası tarixində bir mövsüm ərzində ən çox qol vuran komanda isə “Milan”dı. Sözügedən komanda 1949/50 mövsümündə rəqib qapılarından 118 top keçirib.