A Seriyasında da 6 oyun azarkeşsiz keçiriləcək
- 25 Fev 2020 17:20
- 688
Futbol üzrə İtaliya A Seriyasının növbəti – 26-cı turunun 6 matçı azarkeşsiz oynanılacaq.
Rekord.az xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılmasıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
26-cı turun “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL, “Sassuolo” – “Breşiya”, “Sampdoriya” – “Verona” matçları azarkeşsiz oynanılacaq.