A Seriyasında ən yaxşı seçildi
- 07 Dek 2024 15:56
- 113
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı adına “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini layiq görülüb.
Onun komandası noyabrda “Napoli” (3:0), “Udineze” (2:1) və “Parma”ya (3:1) qalib gəlib.
“Atalanta” A Seriyasında hazırda 34 xalla vahid liderdir.