Futbol üzrə İtaliya A Seriyasının rəhbərliyi mayın 13-də klub rəsmiləriylə iclas keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. Xəbərdə, çempionatın taleyi haqda müzakirələr aparılacağı bildirilir.

Koronavirusa görə dayandırılan A Seriyasının iyunda bərpa olunması gözlənilir.