İtaliya A seriyasında yeni rekord qeydə alınıb.

 

Rekord.az xəbər verir ki, çempionatın 7-ci turunda "Cüzeppe Meatsa"da keçirilən "Yuventus "- "İnter" oyunundan qazanılan tribuna gəlirləri açıqlanıb.

 

76 min azarkeşin stadiondan izlədiyi matçda əldə edilən məbləğ isə 6 milyon 620 min 976 avro olub. Bu, İtaliya futbolu üçün rekord göstərici sayılır. Daha öncəki rekord 5 milyon 700 min avroyla “Milan” – “İnter” derbisində qeydə alınmışdı. 

 

Qeyd edək ki, "Yuventus" - "İnter" qarşılaşmasında Turin klubu 2:1 hesabı ilə qalib gəlmişdi.