A Seriyasında son 58 ilin ən yaxşı göstəricisi
- 22 İyl 2020 20:41
- 585
İtaliyanın “Atalanta” klubu A Seriyasının 35-ci turunda “Bolonya”nı məğlub edib – 1:0.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşmada minimal hesablı qələbə qazanan “Atalanta” yeni rekorda imza atıb.
Belə ki, Berqamo təmsilçisi bu mövsüm A Seriyasında 95 qol vurub. Bu, turnirdə son 58 ilin ən yaxşı göstəricisidir.
İtaliya çempionatlarında qol rekordu “Torino”ya aiddir. Turinlilər 1947/48 mövsümündə 125 qol vurmağı bacarmışdı.
“Atalanta” A Seriyasında 74 xalla ikinci sıradadır.