Futbol üzrə İtaliya A Seriyasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, “Spetsiya” komandasıdır.

Sözügedən klub 114 illik tarixində ilk dəfə İtaliya A Seriyasında oynamaq şansı qazanıb.

B Seriyasında geridə qalan mövsümü 3-cü pillədə başa vuran liquriyalılar pley-offda “Frozinone” (8-ci yer) ilə iki oyunun nəticəsinə görə bərabərə (1:1) qalsa da, normal mövsümü rəqibindən daha yüksək pillədə bitirdiyinə görə elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə B Seriyasında çempion olan “Benevento” ilə 2-ci yeri tutan “Krotone” də A Seriyasına yüksəlmişdi.