A Seriyasında yeni mövsümün start tarixi bilindi
- 04 Avq 2020 16:41
- 808
Futbol üzrə İtaliya A Seriyasında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
A Seriyasında 2020/21-ci il mövsümünə sentyabrın 19-da start veriləcək. Çempionata gələn il mayın 23-də yekun vurulacaq.
Son mövsümdə A Seriyasında çempion adını “Yuventus” qazanıb.