“Latsio” futbol üzrə İtaliya A Seriyasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatında ardıcıl 10 oyundan qalib ayrılıb.

“Latsio” buna A Seriyasının 19-cu turu çərçivəsində qarşılaşdığı “Napoli” üzərində 1:0 hesablı qələbəylə nail olub.

Qeyd edək ki, ardıcıl qələbə sayındakı əvvəlki rekord da elə “Latsio”nun özünə məxsus idi. Sözügedən komanda 1998/99 mövsümündə də ardıcıl 9 qələbəyə imza atmışdı.