A Seriyasının bərpa tarixi açıqlandı - RƏSMİ
- 13 May 2020 22:00
- 660
Futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, A Seriyasının rəhbərliyi ilə klublar arasında bu gün baş tutan videokonfransda mövsümün taleyi ilə bağlı yekun qərar verilib.
Qərara əsasən, ölkə çempionatın iyunun 13-də bərpa olunacağı bildirilib. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
Digər qərara əsasən, İtaliyada klublar mayın 18-dən etibarən komanda şəklində məşqlərə başlaya biləcəklər.