“A Seriyasının iyunun 13-də bərpası ağılsızlıqdı”
- 18 May 2020 13:21
- 541
İtaliyanın “Udineze” klubunun direktoru Pyerpalo Marino koronavirus pandemiyasına görə dayandırılmış A Seriyasının iyunun 13-də bərpa olunmasını tənqid edib.
Rekord.az xəbər verir ki, o, “Rai Radio 1” kanalına verdiyi açıqlamada bunları söyləyib:
“A Seriyası iyunun 13-də bərpa olunsa, bu, həm klublar, həm də futbolçular üçün ağılsızlıq olar. Bizim mövqeyimiz ondan ibarətdi ki, meydana yalnız oyunçuların səhhətinə tam zəmanət veriləcəyi halda qayıtmaq lazımdı”.
Qeyd edək ki, İtaliyada mayın 4-dən etibarən fərdi qaydada məşq edən futbolçular bu gündən kollektiv şəkildə də hazırlığa başlayacaqlar. İyunun 13-də isə A Seriyasının 2019/20 mövsümünün bərpa olunacağı açıqlanıb.