Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyasının tamamlanma tarixi ilə bağlı yeni vaxt açıqlanıb.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası açıqlama yayıb.

Federasiyanın prezidenti Qabriel Qravina mövsümü avqustun 2-də tamamlamaq niyyətində olduqlarını bildirib. Açıqlamada, İtaliya hökumətinin və UEFA-nın son qərar və məsləhətlərinin dəyərləndirildiyi və cari mövsümün sonunun 2 avqust olaraq müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda rəsmi qərarın veriləcəyi bildirilib.

Bu qərarın rəsmiləşməsi üçün İtaliya hökumətinin cavabı gözlənilir.