![photo](https://www.rekord.az/storage/news/2025_02_07/fd977e12_0970_3b2d_b541_d9af7fe8137b_850_1738942757.jpg)
AAF Texniki Komitəsinin iclası keçirilib
- 20:30
- 28
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mənzil-qərargahında federasiyanın Texniki Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda yanvarın 25-dən 26-dək keçirilmiş Azərbaycan çempionatının hesabatı dinlənilib.
İclasda hakimlərə lisenziyaların verilməsi, onların peşəkarlığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra martda təşkil olunacaq yeniyetmələrin ölkə birinciliyinə ilkin hazırlıqlarla bağlı müvafiq tapşırıqlar verilib.