Abasov Karuanaya məğlub oldu
- 06 Apr 2024 11:30
- 217
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinin 2-ci turunun görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov bu dəfə uğursuz nəticə ilə yadda qalıb.
Qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Abasov qara fiqurlarla çıxış edib.
Şahmatçımız 3-cü turda Hikaru Nakamura (ABŞ) ilə qarşılaşacaq. Abasov ilk turda ağ fiqurlarla Yan Nepomnyaşi ilə heç-heçə etmişdi.