Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə
- 13 Apr 2024 12:20
- 299
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Rekord.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 8-ci turda rusiyalı Yan Nepomnyaşi (FIDE) ilə üz-üzə gələcək.
Abasov qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Şahmatçılar arasında 1-ci tura təsadüf edən görüş heç-heçə yekunlaşıb - 0,5:0,5.
Azərbaycan təmsilçisi hazırda 2 xalla sonuncu - səkkizinci sıradadır. 4,5 xala malik Nepomnyaşi isə vahid liderdir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.