Abasovdan hindistanlı şahmatçı ilə heç-heçə
- 12 Apr 2024 14:20
- 254
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 7-ci turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdırıb.
Milli üzvü ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıblar.
Digər oyunlara gəlincə, Əlireza Firuzca (Fransa) Dommaracu Qukeşə (Hindistan) qalib gəlib. Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) görüşləri isə heç-heçə bitib.
Yeddi turdan sonra 4,5 xal toplayan Nepomnyaşi vahid liderdir. Rusiyalını 4 xalla Karuana, Qukeş və Praqnanandha izləyirlər. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar. Firuzca 2,5 xalla yeddinci, Abasov isə 2 xalla sonuncudur.
Səkkizinci turda N.Abasov Nepomnyaşi ilə qarşılaşacaq.