Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu D qrupunda ilk oyununa çıxıb. 

Voleybolçumuzun komandası 1-ci turda İtaliyanın "Conegliano" kollektivi ilə üz-üzə gəlib. Görüş gərginliyi ilə yadda qalıb. Hərəyə iki set qazanan komandaların taleyinə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə isə İtaliya klubu daha dəqiq olub. 5 set davam edən matçda Ayşən və rəfiqələri 2:3 hesabı ilə uduzublar. 

Komandasının bir xal qazandığı oyunda yığmamızın üzvü 5 dəfə fərqlənib. Abduləzimova xalların hamısını hücumda qazanıb. 

Çempionlar Liqası

D qrupu

   "Conegliano" - "Vasas" 3:2 (21:25, 25:20, 25:10, 23:25, 15:4)