Türkiyədə qadın voleybolçuların çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimovanın komandası "Sarıyer BLD" 17-ci turda "Fənərbaxça" ilə qarşılaşıb. 

Rəqib meydanında baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Ayşən və rəfiqələri 3 set davam edən matçdaquru hesablı məğlubiyyətə üzülüblər - (25:23, 25:16, 25:21). 

Komandasının xalszı qaldığı görüşdə millimizin üzvü 7 dəfə fərqlənib. Abduləzimova bu xallardan 4-nü hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.