Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az"  xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 3-çü tur çərçivəsində "MTK Budapeşt" klubunun qonağı olub.

Rəqib meydanında baş tutan görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (16:25, 21:25, 16:25).

"Vasas"ın aktivinə 3 xal yazdırdığı oyunda voleybolçumuz əvəzetmə ilə meydana çıxıb. Abduləzimova rəqibi 4 dəfə məyus edib. O, xallardan 2-ni hücumda, 2-ni isə blokda qazanıb.