Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan birinciliyində mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, voleybolçumuzun formasını geyindiyi "Vasas" 1-ci tur çərçivəsində "Szent Benedek RA" klubu ilə qarşılaşıb.

Doğma meydanda baş tutan görüş gərginliyi ilə yadda qalıb. Ayşən və rəfiqələri 5 hissə davam edən matçda meydandan məğlub ayrılıblar - 2:3 (17:25, 25:21, 30:32, 25:16, 13:15).

Komandasının 1 xal qazandığı görüşdə yığmamızın üzvü 18 dəfə fərqlənib. təcrübəli blokçumuz bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Abduləzimova bu xallardan 12-sini hücumda, 6-nı isə blokda qazanıb.