Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunda ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" kubok uğrunda mübarizəyə yarım final mərhələləsindəb başlayıb.

Voleybolçumzun komandası bu mərhələnin ilk turunda "Hungast Haladas" klubu ilə üz-üzə gəlib. Səfərdə baş tutan görüş Ayşən və rəfiqələri üçün uğursuz başlayıb və onlar ilk seti uduzublar. Lakin sonradan təşəbbüsü ələ alan "Vasas" ardıcıl 3 hissəni qalib başa vurmaqla meydandan 3:1 (24:26, 27:25, 25:19, 25:10) qələbə ilə ayrılıb.

Komandasının kubok uğrunda mübarizəyə qələbə ilə başladığı qarşılaşmada Abduləzimova meydan sahiblərini 10 dəfə məyus edib.