Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun finalına vəsiqə qazanıb.  "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" yarımfinalda "UTE" ilə üz-üzə gəlib. 

Görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda Ayşən və rəfiqələri 3:2 (23:25, 25:20, 19:25, 25:18, 15:10) hesabı ilə qələbə qazanaraq finala yüksəliblər.

Komandasının mərhələ adladığı oyunda Abduləzimova 5 dəfə fərqlənib.