Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 10-cu tur çərçivəsində "MTK" ilə üz-üzə gəlib.

İlin son oyunu voleybolçumuzun komandası üçün uğurlu alınıb. "Vasas" doğma meydanda baş tutan matçda quru hesablı qələbəni bayram edib - 3:0 (25:21, 25:8, 25:21).

Komandasının çətinlik çəkmədən qalib gəldiyi qarşılaşmada millimizin üzvü 10 xal qazanıb. Abduləzimova qonaqları 4 dəfə hücumda, 4 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.