Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 2-ci turda "KNRC" klubu ilə üz-üzə gəlib.

Birinciliyin ilk turunda olduğu kimi bu görüş də Ayşən və rəfiqələri üçün uğurlu keçib. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (25:14, 25:21, 25:18).

"Vasas"ın çətinlik çəkmədiyi qarşılaşmada komandanın və millimizin kapitanı 13 xal qazanıb. Abduləzimova qonaqları 7 dəfə hücumda, 5 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.