Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 2-ci turda "Bekescsabai" klubu ilə üz-üzə gəlib. 

Oyun gərginliyi ilə yadda qalıb. "Vasas" doğma meydanda keçirilən matça pis başlasa da hesabı bərabərləşdirə bilib. Daha sonra hərəyə bir set qazanan komandalar görüşün taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə qonaqlar daha dəqiq olublar. 5 set davam etmiş qarşılaşmada Ayşən və rəfiqələri 2:3 (23:25, 32:30, 19:25, 25:8, 10:15) hesabı ilə uduzublar.

Komandasının bir xal qazandığı oyunda yığmamızın üzvü 12 dəfə fərqlənib. Abduləzimova bu xallardan 8-ni hücumda, 4-nü blokda qazanıb.