Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin blokçusu Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" 7-ci tur çərçivəsində "MCM" kollektivini qəbul edib.

Doğma meydanda baş tutan görüş "Vasas" üçün uğursuz alınıb. 3 set davam etmiş matçda Ayşən və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (23:25, 20:25, 20:25).

Komandasının xalsız qaldğı qarşılaşmada yığmamızın üzvü 8 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 2-ni isə blokda qazanıb.

Qeyd edək ki, rəqiblərindən 1 oyun az keçirən "Vasas" 12 xalla 4-cü pillədə qərarlaşıb.