Son mövsümü yaxşı keçirən futbolçulardan biri də Abdulla Rzayev oldu.

Rekord.az xəbər verir ki, "Araz Naxçıvan" onu növbəti mövsümdə də heyətində görmək istəyir.

Hətta bununla bağlı futbolçunun müqavilə ilə məxsus olduğu "Sabah"a da müraciət olunub. Lakin "Sabah"dan bildirilib ki, bununla bağlı qərarı komandanın baş məşqçisi Renduliç verəcək. Abdulla istənilən  halda, yeni mövsümün hazırlıqlarına "Sabah"da start verəcək. Daha sonra bu komanda ilə ölkə xaricinə toplanışa yollanacaq. Toplanışdan sonra Renduliç ondan razı qalıb komandada qalmağını istəsə, "Sabah"da çıxışına davam edəcək. Əks halda yenidən icarə ilə Naxçıvan klubunda forma geyinəcək.