Abdullayev “100”ə çatdı
- 24 Sen 2024 14:15
- 108
“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 7-ci turuna təsadüf edib.
Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb.
Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.
Vadimin debütü 2012-ci mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.