Abdullayev İstanbulda “ən yaxşı” seçildi
- 17 Mar 2021 11:40
- 885
Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə “Turkish Open” beynəlxalq turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan bu turnirdə 12 idmançı və 3 hakimlə təmsil olunub.
Belə ki, beynəlxalq yarışda ölkəmizi hakim qismində Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev, eləcə də Ramal Camalov və Aygül Abdullayeva təmsil ediblər.
Onların bu turnirdəki idarəçiliyi xüsusi qiymətləndirilib. Belə ki, döyüşləri şərh edən “TRT Spor”un aparıcısı, beynəlxalq dərəcəli hakim Ramal Camalov haqqında xoş ifadələr işlədib.
Gündüz Abdullayev isə bu gün yarışın “ən yaxşı hakim”i adına layiq görülüb.