Abdullayevin komandası “Qarabağ”ın rəqibinə də uduzdu
- 08 Noy 2021 11:46
- 364
Futbol üzrə Kipr çempionatında 9-cu turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Etnikos”la qarşılaşıb. Hansı ki, bu komandada Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev də forma geyinir. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Araz da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. “Etnikos” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 2 dəfə heç-heçə edə bilib və 2 xalla 12 kollektiv arasında sonuncudur.
“Omoniya” isə 10 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.
“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.