Abdullayevin komandasında koronavirusa yoluxanların sayı artır
- 12 Noy 2020 17:45
- 604
Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.
Rekord.az xəbər verir ki, 1-ci liqa təmsilçisində daha 5 oyunçu, 1 məşqçi və klubun 3 işçisinin koronavirus testi müsbət nəticələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Beləliklə, Bolu təmsilçisində hazırda 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşı koronavirus səbəbindən karantinə alınıb.
Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.