Futbol üzrə Kipr çempionatında 3-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Anortosis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Araz da bu görüşün iştirakçısı olub. O, sabiq komandası ilə oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Keçirdiyi bütün oyunlardan məğlubiyyətlə ayrılan “Etnikos” 3 turdan sonra xalsızdır və 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev 2017/18 mövsümündə məhz “Anortosis”də forma geyinib.