Uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan “Sabah”ın futbolçusu Elşən Abdullayev komandadan ayrıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, futbolçu zədəsini sağaldıb.

Lakin onun zədədən sonra hansı formada olacağı sual altındadır. Baş məşqçisi Sopiçə isə indiki halda sağlam futbolçu lazımdır.  Ancaq ola bilsin ki, xorvat məşqçi Abdullayevə toplanışda iştirak şansı versin və onu yoxlasın. Hər halda hər şeyə yanvarın 5-ə kimi aydınlıq gələcək.