"Aberdin"in baş məşqçisi "Qarabağ"ı ciddiyə almır?
- 14 Avq 2021 12:00
- 781
"Qarabağ"la ilk oyunumuz səfərdə olacaq. Orada yaxşı nəticə qazansaq, qrupa düşmək şanslarımızı saxlaya bilərik".
Rekord.az xəbər verir ki, bunu Şotlandiyadan "Aberdin"in baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, Bakıda Ağdam təmsilçisinə qalib gəlməyə çalışacaqlar:
"Birinci məqsədimiz budur. Evdəki matçda isə azarkeşlərimizin də köməyi ilə bu səddi keçmək istəyirik. Qrup mərhələsinin bir addımlığındayıq. Bizi bu uğurdan cəmi 2 görüş ayırır".
"Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.