"Aberdin"nin baş məşqçisi Respublika stadionunun qazonunu rüsvayçı adlandırdı
- 21 Avq 2021 18:00
- 465
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin"in baş məşqçisi Stiven Qlass Ağdam təmsilçisi ilə Bakıda keçirdikləri oyun barədə danışıb.
Rekord.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu qarşılaşmada zədələnən futbolçusu Endryu Konsidaynın durumuna da aydınlıq gətirib. O oyunçunun sıradan çıxmasına Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün bərbad vəziyyətinin səbəb olduğunu deyib:
"Endryunun hələ də ayağı ağrıyır. Futbolçunun son durumu növbəti həftə qiymətləndiriləcək. Amma çox da yaxşı görünmür. Biz 600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir. Düşünürəm ki, Azərbaycan xalqı da bununla razılaşar".
Qeyd edək ki, "Qarabağ"-"Aberdin" görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə
başa çatıb. Komandalar arasında cavab oyunu avqusxtun 26-sı Şotlandiyada olacaq.