"Aberdin"nin futbolçusu "yalnız qələbə" deyir
- 22 Avq 2021 17:00
- 478
"Növbəti həftə "Pittodri" stadionunda azarkeşlərin qarşısında geridönüş etmək üçün hazır olacağıq.
Həmin qarşılaşmada fanatlara ehtiyacımız var".
Rekord.az xəbər verir ki, bu fikirləri "Aberdin"in futbolçusu Konnor Maklennan "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
22 yaşlı hücumçu Bakıdakı görüşdə məğlubiyyətlə üzləşdikləri üçün məyus olduqlarını söyləyib:
"Bu, dünyanın ən pis nəticəsi deyil. Artıq rəqibin səfər qolları barədə narahat olmağımıza ehtiyac yoxdur. Sadəcə, onları məğlub etməliyik. Bu matçda hədəfimiz qələbə qazanmaqdır".
Şotlandiyalı forvard avrokuboklarda yola davam etmək və qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini sözlərinə əlavə edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-da olacaq.