Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq "Aberdin"in idarə heyətinin sədri Deyv Kormak UEFA-nı tənqid edib.

Rekord.az xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün fotosunu şəxsi tvitter səhifəsində paylaşan klub rəsmisi qitə futbol qurumuna narazılığını bildirib.

"UEFA belə bir meydançaya necə oyun sala bilər? Ot örtüyünün üst hissəsi asanlıqla qopur.

Halbuki Bakıda hava limanından gələrkən yolumuzun üstündə çox gözəl yeni stadion (Bakı Olimpiya Stadionunu nəzərdə tutur) var.

Bəlkə biz də öz cavab matçını həvəskar komandaya məxsus "İnverdi" İdman Kompleksinin arenasında keçirək?" - o yazıb.

Avqustun 19-da oynanılacaq "Qarabağ" - "Aberdin" görüşü saat 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 26-da Şotlandiyada olacaq.