![photo](https://www.rekord.az/storage/uploads/5/ruslan-abisovv.jpg)
Abışov üçün vida matçı
- 15 Noy 2023 23:18
- 312
Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.
Rekord.az xəbər verir ki, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda "Zenit"ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.
Noyabrın 18-də keçiriləcək "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlayacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə bu komandanın heyətində Azərbaycan çempionu olub.