
ABL: Müntəzəm mövsümün son oyunu keçiriləcək
- 06 Apr 2025 10:30
- 57
Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turuna yekun vurulacaq.
Rekord.az xəbər verir ki, ilk olaraq "Sabah" "Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək.
Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 12:30-da başlayacaq.
Günün sonuncu qarşılaşmasında isə "Gəncə "Sumqayıt"la üz-üzə gələcək. Saat 14:00-da start götürəcək matç Gəncə İdman Sarayında baş tutacaq.
A qrupuna 34 xalla "Sabah" basketbolçuları başçılıq edir. Onları 34 xalla "Naxçıvan" klubu izləyir.
B qrupunda isə "Gəncə" 33 xalla ikincidir. 27 xalı olan "Sumqayıt" dördüncü sırada yer alıb.
20-ci turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.